DÇ-2026: FİFA azarkeşlərə bunları qadağan etdi
FİFA ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il Dünya Kubokunun oyunlarında vuvuzelaların istifadəsini qadağan edib.
Aut.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, vuvuzelaların qadağan olunmasına səbəb olanların səsidir. Onların səsi çox yüksək, monotondur və arı sürüsünü xatırladır.
FİFA həmçinin azarkeşlərə qarşıdan gələn Dünya Kubokunda fit, siqnal və digər həddindən artıq yüksək səs çıxaran cihazlardan istifadə etməyi də qadağan edib. Lazer göstəriciləri də həmişəki kimi qadağan olunub.
Aut.az
