Dünya futboluİspaniya

Kross üçün “Real”ın heyətində ən inanılmaz oyun hansıdır?

“Real Madrid”in sabiq yarımmüdafiəçisi Toni Kroos karyerasında hansı matçı “inanılmaz” adlandıra biləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Kross bu barədə “Romario TV” YouTube kanalında bildirib.

“Deyərdim ki, bu, 2017-ci ildə Çempionlar Liqasının finalında “Yuventus”a qarşı 4-1 hesablı qələbə qazandığımız oyundur”.

2016/17 Çempionlar Liqasının finalı Kardiffdəki “Millennium” stadionunda keçirilib.

“Real”ın qollarını Kriştiano Ronaldo (2), Kazemiro və Marko Asensio, Turin komandasının isə yeganə qolunu Mario Mandzukiç vurub.

Aut.az