Dünya futbolu

Ara qarışdı, hərbçilər Salahı mühasirəyə aldılar – VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Syerra-Leone ilə Misir arasında keçirilən matçın sonunda azarkeşlər “Liverpul”un ulduzu Məhəmməd Salaha görə meydana qaçıblar.

Aut.az xəbər verir ki, Liberiyanın paytaxtı Monroviyada keçirilən oyun 2:0 hesabı ilə misirlilərin xeyrinə başa çatıb.

Sonda azarkeşlər Salah istiqamətində meydana qaçıblar. Azarkeşlərdən birini döyməyə başlayan stüardlar onların qarşısını almağa çalışıblar.

Salahı milli komanda yoldaşları da qoruyublar. Misir millisinin ulduzu meydanı hərbçilərin əhatəsində tərk edib.

Aut.az