PSJ çay gəlməmiş çırmanırmış
PSJ Çempionlar Liqasının yarımfinal mərhələsində Dortmund “Borussiya”sını keçəcəyinə və Avropa klub turnirinin finalına yüksələcəyinə əmin imiş.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin məlumatına görə, Paris klubu hələ “Borussiya” ilə ikinci yarımfinal oyunu başlamamışdan əvvəl iyunun 1-də “Uembli”də keçiriləcək Çempionlar Liqasının finalı ilə bağlı logistika işlərinə başlayıb. Bu fəaliyyəti klubun bir neçə departamentinin həyata keçirdiyi vurğulanır.
Xatırladaq ki, PSJ “Borussiya”ya iki görüşdə ümumi 0:2 hesabı ilə uduzub. Almaniya klubu Çempionlar Liqasının finalında “Real Madrid”lə qarşılaşacaq. PSJ sonuncu dəfə 2020-ci ildə bu turnirin finalına yüksəlib.
Aut.az
