Dünya futbolu

“Real”a ilişdi: Bu, karyeramın ən vacib kubokudur

“Fluminense”nin müdafiəçisi Marselo komandasının Libertadores Kubokunun qazanmasından sonra təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, “Real”ın sabiq futbolçusu keçmiş komandasını yada salıb:

““Real” məni başa düşəcək. Libertadores Kuboku klub səviyyəsində mənim ən vacib titulumdur. Bu, mənim böyüdüyüm komandadır. “Real” mənim ürəyimdədir, amma “Fluminense”nin mənim üçün əhəmiyyətindən danışacaq heç bir şey yoxdur”.

“Los Blankos”un üzvü kimi Marselo 5 dəfə Çempionlar Liqasının qalibi olub, 6 dəfə İspaniya çempionu olub, 2 dəfə İspaniya kubokunu, 5 dəfə İspaniya Superkubokunu və 3 dəfə Avropa Superkubokunu qazanıb.

Xatırladaq ki, Libertadores kubokunun finalından bir gün əvvəl “Fluminense” əlavə vaxtda “Boka Xuniors”a 2:1 hesabı ilə qalib gəlib. Braziliya təmsilçisi tarixində ilk dəfə bu kuboku qazanıb.