Basketbol

“O, hazırda dünyanın ən yaxşısıdır”

“Dallas”ın müdafiəçisi Luka Donçiç “Denver”də çıxış edən Nikola Cokiç haqqında danışıb.

Aut.az xəbər verir ki, sloveniyalı oyunçu serbiyalı həmkarını dünyanın ən yaxşı basketbolçusu adlandırıb:

“Düşünürəm ki, Nikola ən yaxşı oyunçu mükafatını qazanmadan və MBA finalına çıxmazdan əvvəl hamı onun kim olduğunu bilirdi. Əslində, media onun haqqında çox yazmır, amma bütün oyunçular, bütün məşqçilər onun nə qədər xüsusi olduğunu bilirlər. O, yəqin ki, hazırda dünyanın ən yaxşı basketbolçusudur.

Bu, əladır. Onunla olmaq həmişə əyləncəlidir. Əlbəttə ki, o, əla basketbolçudur, amma həm də əla oğlandır. Onun haqqında ən çox sevdiyim şey budur. Həmişə zarafat edir. O, sadəcə sadə və çox heyrətamiz bir insandır”.