Basketbol

“Sabah” qrupda ilk qələbəsini qazandı

FİBA Avropa Kubokunun müntəzəm mövsümündə “Sabah” basketbol klubu növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi IV turda Monteneqronun “Mornar” klubunu qəbul edib. Görüş təmsilçimizin qələbəsiylə başa çatıb – 81:74.

“Sabah” ilk oyunda Monteneqro “Mornar”ına (75:80), ikinci turda Türkiyə “Bağçaşəhər” klununa (65:83), son turda isə Çexiya “Nimburk”una (61:95) məğlub olub.