Dünya futbolu

Braziliyada onun gəlişini gözləyirlər: Xoşbəxt olacaqlar

Kafu Karlo Ançelottini Braziliya millisində görməkdən xoşbəxt olacağını bildirib.

“Biz də sizin qədər bilirik. Onun gəlib-gəlməyəcəyini, “Real” da qalacağını, ya gedəcəyini bilmirik. Məşqçinin Braziliya millisinə keçidi böyük sual altında qalır.

O, çox ağıllı məşqçidir, hamı tərəfindən sevilir, çalışdığı hər yerdə qalib gəlmiş super çempion məşqçidir. Ümid edirik ki, o, bu keçid üçün qərar verəcək. Braziliyaya gəlsə, onu görməyə şad olarıq.

Onunla “Milan”da beş il keçirmək imkanım oldu – onlar beş fantastik, gözəl il idi”, – Braziliya yığmasının sabiq müdafiəçisi deyib.

Aut.az