Dünya futbolu

Ançelottidən Neymara: Səni yalnız bu halda yığmaya çağıracağam

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, “Santos”un hücumçusu Neymar DÇ-2026-ya getmək üçün fiziki vəziyyətini yaxşılaşdırmalıdır.

Aut.az xəbər verir ki, “L’Équipe” qəzeti Ançelottinin sözlərini sitat gətirib:

“Neymar düzgün yoldadır. O, bu yolu davam etdirməli və formasını yaxşılaşdırmalıdır. O, 100% fiziki formaya düşə bilər. Bunu bir neçə dəfə demişəm və bu, tamamilə aydındır: Fiziki cəhətdən sağlam oyunçuları heyətə çağıracağam.

Neymar diz zədəsindən yaxşı sağalıb və qollar vurur”.

Aut.az