Kosovo Serbiya klubundan UEFA-ya şikayət etdi – FOTO
Kosovo Futbol Federasiyası “Srvena Zvezda” – “Fiorentina” (5:0) yoldaşlıq görüşündə serb azarkeşlərin təşkil etdiyi təxribatçı çıxışa reaksiya verib.
Aut.az xəbər verir ki, UEFA-ya müraciət edən Kosovo bəyanat yayıb.
“Anti-Kosovo rəmzləri olan tribunalarda tank təsvirinin nümayişi idman, eləcə də regionumuzda ölkələr və xalqlar arasında harmoniya və sülh üçün, xüsusən də iki ölkə arasında gərginlik olduğu bir vaxtda qəbuledilməz və görünməmiş bir hərəkətdir.
Təxribat xarakterli şüarlarla müşayiət olunan bu ictimai çıxış sübut edir ki, Serbiyada və yerli hakimiyyət orqanlarında rəy aqressiv yanaşmadan fərqlənmir, eyni zamanda idmana və Kosovo Respublikasına qarşı açıq təxribatdır.
Kosovo Futbol Federasiyası bununla bağlı rəsmi şikayət verməklə UEFA-nın qayda və prinsiplərinə uyğun hərəkət edib. UEFA rəhbərliyindən bu işi təxirə salmadan araşdırıb kluba və “Srvena Zvezda” azarkeşlərinə qarşı sərt tədbirlər görməsini xahiş etdik ki, gələcəkdə belə şovinist hərəkətlərə və bu kimi təxribatlara yol verilməsin”, – bəyanatda deyilir.

