Dünya futbolu

Qərarını verdi: İngiltərəyə qayıtmır, yalnız bu çempionat

2023-cü ilin yayından azad agent statusunda olan “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea karyerasını İspaniyada davam etdirmək niyyətində olduğunu bildirib.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı qolkiper digər çempionatlardan, o cümlədən İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı Pro Liqasından gələn təklifləri nəzərə almayacaq.

Xatırladaq ki, daha əvvəl mətbuatda De Xeanın İngiltərənin “Nyukasl” klubu ilə müqavilə bağlamağa yaxın olduğu barədə məlumatlar yayılmışdı. İspaniyalı qolkiperin xidmətində Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunun da maraqlı olduğu haqda xəbərlər yayılıb.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Aut.az