Məqsədini açıqladı: Bu yığmanı dünyanın ən yaxşısı etmək
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino millidəki məqsədini açıqlayıb.
“Siz ABŞ komandasına rəhbərlik edə və qalib gəlmək barədə düşünəməy bilməzsiniz. Amerika mentaliteti və mədəniyyəti bir nömrə olmalıdır. İstənilən idman növündə hər hansı bir Amerika idmançısı həmişə bir nömrə olmaq haqqında düşünür.
Deməli, futbolda biz də bir nömrə olmalıyıq deyə düşünməliyik. Bizə böyümək və bunun üzərində işləmək lazımdır, bu, bizim böyük məqsədimiz olmalıdır. Birincisi, məşqçilər korpusu olaraq rəqabətədavamlı olduğumuz üçün qələbə qazanmaq istəyirik. İkincisi, ona görə ki, komandanın potensialı var”, – Poçettino MLS-in mətbuat xidmətinə müsahibəsində deyib.
Poçettino sentyabrın əvvəlindən ABŞ millisinə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında Amerika yığması 5 oyun keçirib, 4 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib.
ABŞ yığması hazırda FİFA reytinqində 16-cı yerdədir.
Aut.az
