Dünya futbolu

Rodri “Qızıl top”un səsverməsində Vinisiusu neçə xal qabaqlayıb?

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriqo Hernandes (Rodri) “Qızıl top”un səsverməsində 1170 xal toplayıb.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Səsvermədə ikinci yeri tutan “Real”ın cinah oyunçusu Vinisius Junior Rodridən 41 xal geri qalaraq, 1129 xal toplayıb.

Yada salaq ki, “Qızıl top 2024”ün təqdimatı qalmaqallı hallarla müşayiət olundu: uzun müddət insayderlər Vinisiusu mükafatın gələcək qalibi adlandırdılar, lakin sonda mükafat Rodriyə verildi.

Aut.az