Rusiya rəqib axtarır, Əfqanıstan təklif gözləyir
Əfqanıstan Futbol Federasiyasının prezidenti Məhəmməd Yusif Karqar Rusiya yığması ilə yoldaşlıq görüşünün nə vaxt keçirilə biləcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Karqar bu barədə “Sport24”-ün müxbiri Vladislav Şala ilə söhbətində deyib.
“Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən idmanda əməkdaşlıq edirik. Ona görə də bu il Əfqanıstan və Rusiya milli komandaları arasında oyun mümkündür. Oktyabr və noyabr fasilələrində oynamaq imkanımız var, ona görə də RFU-dan oyunun tarixi və yeri ilə bağlı təklif gözləyəcəyik. Komandalarımız arasında matç keçirməyə açığıq”, – Karqar bildirib.
İyunda Rusiya komandası iki oyun keçirib, Belarusu məğlub edib (4:1), Nigeriya ilə heç-heçə edib (1:1).
Aut.az
