Dünya futbolu

400 oldu

Liqa 1-in 8-ci turunun “Renn”lə oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün yubileyə çevrilib.

Aut.az xəbər verir ki, bu oyun fransalı forvardın peşəkar səviyyədə 400-cü oyunu olub. O, PSJ-də 269, Fransa millisində 71, Monakoda isə 60 matç keçirib.

Qeyd edək ki, 24 yaşlı Mbappe meydana çıxdığı 400 oyunda 281 qol vurub və 190 məhsuldar ötürmə edib.