Baktiyor Türkiyə karyerasını dəyərləndirdi
Moskva “Dinamo”sunun yeni futbolçusu Baktiyor Zaynutdinov “Beşiktaş”dakı çıxışından danışıb.
Futbolçu 2023-cü ilin yayından Türkiyə klubunda çıxış edirdi.
Aut.az xəbər verir ki, Zaynutdinov bu barədə “Çempionat”a danışıb.:
“Türkiyədə ilk il yaxşı keçdi, 30 oyun keçirdim. Sonra uğursuz zədə aldım, yarım il buraxdım. İndi formamı yeni bərpa edirəm. “Beşiktaş”da birinci dönəm müsbət keçdi, ikinci isə zədə səbəbindən uğursuz oldu”.
Xatırladaq ki, Zaynutdinov Türkiyəyə ÇSKA-dan keçmişdi. Ötən mövsüm o, bütün turnirlərdə 12 matçda iştirak edib, bir məhsuldar ötürmə edib. 28 iyul 2025-ci ildə Baktiyor “Dinamo”nun oyunçusu olub.
Aut.az
