Kaelen Meloun “Sumqayıt” da
Sumqayıt” heyətini yeni basketbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 185 sm boya malik 29 yaşlı oyun qurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.
ABŞ-lı basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib.
O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.
Buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu (Derrik Nyuton, Calen Houkins və Ceylon Klark) heyətinə cəlb edib.
