Dünya futboluTürkiyə

“Qalatasaray” Moskva klubundan 8 milyon istəyir

“Spartak”, Karlos Kuestanın transferi ilə bağlı “Qalatasaray”la dialoqu davam etdirir.

Daha əvvəl bildirilmişdi ki, “qırmızı-ağlar” 26 yaşlı kolumbiyalı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

Aut.az “Metaratings.ru”-ya istinadən xəbər verir ki, “Qalatasaray” futbolçu üçün “Spartak”dan təxminən 8 milyon avro istəyir. Futbolçunun özü də Moskva klubunda təxminən 2-2,3 milyon avro maaş almaq istəyir. Futbolçunun Türkiyə klubunda hazırda maaşı 1,45 milyon avrodur.

Qeyd olunur ki, Kuesta Kokonun transferi baş tutmayacağı təqdirdə “Spartak”ın əsas namizədidir.

Mərkəz müdafiəçisi “Genk”dən keçdikdən sonra 2025-ci ilin fevralından “Qalatasaray” da çıxış edir . Müdafiəçi Türkiyə klubunda 9 oyuna çıxıb, həmçinin Belçika klubunun heyətində 182 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” kolumbiyalının bazar dəyərini 7 milyon avro qiymətləndirir.

Aut.az