Dünya futbolu

Messi 4-cü dəfə bu mükafatı qazandı

MLS-də iyul ayının ən yaxşı futbolçusu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi seçilib.

Aut.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

İyul ayında Messi MLS-də 5 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda “İnter Mayami” MLS-in Şərq Konfransının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Bu, Messinin karyerası ərzində dördüncü, cari mövsümdə isə ikinci dəfə MLS-in ayın futbolçusu mükafatını qazanmasıdır. O, 2024-cü ilin aprel və oktyabr aylarında, eləcə də cari ilin mayında da bu titula layiq görülmüşdü.

Messi bu mövsüm ümumilikdə 30 oyunda 24 qol və 10 assistlə çıxış edib.

Aut.az