“İnter”in sabiq sahibi bu klubu alır
“İnter”in keçmiş sahibləri, Can ailəsi və “Suning Holdings Group” yaxın vaxtlarda Portuqaliyanın “Portimonense” klubunu almaq niyyətindədir.
Aut.az xəbər verir ki, mətbuatın yazdığına görə, potensial sövdələşmə 80 milyon avro dəyərində qiymətləndirilir.
Ötən mövsümün sonunda “Portimonense” Portuqaliya çempionatının elit divizionundan aşağı liqaya düşüb.
Xatırladaq ki, 2016-2024-cü illərdə Çan ailəsi “İnter”in sahibi olub. May ayında çinli investorlar klubun səhmləri ilə təmin olunmuş krediti ödəyə bilmədikləri üçün İtaliya çempionlarına nəzarəti itirmişdilər.
Aut.az
