Dünya futbolu

Messi yavaş-yavaş bu dildə danışır: Utanmamalıyam

 Karyerası boyu ingiliscə danışmaqdan yayınan “İnter Mayami”nin hücumçusu Lionel Messi bu dildə danışmağı addım-addım mənimsədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Messi bu barədə ESPN-ə danışıb.

Leo 2023-cü ilin yayında Amerika klubuna keçib.

“İngilis dilində, demək olar ki, hər şeyi başa düşürəm. İndi asta-asta ingiliscə danışmağa başlayıram.

Artıq özümüm tam sərbəst hiss etməyə alışdırırıam. Fikirləşirəm ki, dili pis bilsəm belə, ingiliscə danışmaqdan utanmamalıyam” – Messi deyib.

Aut.az