Futbolda inqilab bu ölkədə olacaq: Onlara Yamal və Messi lazımdır
Amerika futbolunun (NFL) əfsanəvi oyunçusu və “Birmingem”in həmsahibi Tom Bradi ABŞ-da futbola maraqdan danışıb.
Autt.az xəbər verir ki, Bredi ABŞ-da “Barselona”nın vingeri Lamin Yamal və gənc Lionel Messi kimi oyunçuların olmadığını söyləyib.
“Bu, heyrətamiz, qlobal, dünyada ən populyar idman növüdür. Lamin Yamal və gənc Lionel Messi kimi fenomenlərə ehtiyacımız var. İnanıram ki, futbolda ən heyrətamiz mədəni inqilab burada, Amerikada baş verəcək. 2026-cı il Dünya Kuboku ABŞ-da olacaq. Bunun nə cür həyəcan yaradacağına dair heç bir fikriniz yoxdur. Amerika ictimaiyyəti eyforiyadadır”, – Bredi deyib.
Xatırladaq ki, DÇ-2026-da 48 komanda iştirak edəcək və turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Aut.az
