“Liverpul”un yeni çalışdırıcısı məşqçilər heyətini müəyyənləşdirdi
Çərşənbə günü “Liverpul”un yeni baş məşqçisi Arne Slot komandada onunla işləyəcək məşqçilər heyətini açıqlayıb.
Aut.az xəbər verir ki, “Şaxtyor”un məşqçisi Marino Pusiç siyahıda yoxdur.
“Əlbəttə, tanıdığınız insanları götürmək istəyirsiniz. İlk köməkçim “Feyenoord”dan Sipke Hulşoff olacaq. Üstəlik, mən çoxdan tanıdığım fiziki hazırlıq və qapıçılar üzrə məşqçiləri gətirdim”, – Slot bildirib.
Bundan əvvəl “Şaxtyor” təsdiqləmişdi ki, Pusiç Niderlandda birgə çalışdığı Slotdan dəvət alıb, lakin Marino Ukrayna komandasında qalmağa qərar verib.
Aut.az
