İngiltərə

Köhnə stadionda sonuncu, yeni arenada ilk qolu vurdu

“Everton” yeni stadionundakı ilk oyununda “Brayton” üzərində 2:0 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, komandanın yeni arenası “Hill Dikinson”da ilk qolunu İliman Ndiaye vurub. Maraqlıdır ki, məhz o, bu ilin mayında “Qudison Park”da “Everton”un son qolunun müəllifi olmuşdu.

Premyer Liqanın 2025/26 mövsümü öncəsi “Everton” 52 min tamaşaçı tutumuna malik yeni stadionuna köçüb və 1892-ci ildə inşa edilən “Qudison Park”la vidalaşıb.