Dünya futbolu

Polislər tətil elan etdi, liderin oyunu baş tutmadı

Portuqaliya çempionatının 20-ci turunun “Famalikan” – “Sportinq” matçı təxirə salınıb.

Aut.az “SIC Notícias”a istinadən xəbər verir ki, oyun polis sayının yetərli olmaması səbəbindən ləğv edilib. Görüşün təhlükəsizliyini təmin etməli olan lazımi sayda asayiş keşikçilərini yerli polis əməkdaşlarının tətilinə görə toplamaq mümkün olmayıb.

Başlama fiti əvvəlcə bir saat geciksə də, problem həll edilmədiyindən oyun lətixə salınıb. Qarşılaşmanın yeni tarixi hələ açıqlanmayıb.

Bundan əlavə, stadionun yaxınlığında komandaların azarkeşləri arasında baş verən qarşıdurma nəticəsində bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, “Sportinq” 19 oyundan sonra Portuqaliya çempionatnın lideridir. “Famalikan” isə 22 xalla 9-cudur.