Futbol tarixinin ən yaxşı müdafiəçisi: Sürpriz ad
Britaniyanın nüfuzlu “Give Me Sport” portalı futbol tarixinin ən yaxşı müdafiəçilərinin reytinqini dərc edib.
Aut.az xəbər verir ki, reytinqdə birinci yeri Paolo Maldini tutur. “Milan”ın sabiq futbolçusu 5 dəfə Çempionlar Liqasının qalibi olub və 7 dəfə A Seriyasının çempionudur.
Reytinqdə ikinci və üçüncü yerləri karyerası ərzində iki “Qızıl top” qazanmış alman futbolunun əfsanəsi Frans Bekkenbauer və “Real Madrid”dəki çıxışları ilə tanınan müdafiəçi Roberto Karlos tutur.
İtaliyalı Alessandro Nesta dördüncü, “Barselona”nın sabiq kapitanı Karles Puyol isə beşinci pillədə qərarlaşıb.
Aut.az
