İngiltərə

FA-dan Maquayra ittihamlar

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayra qarşı ittihamlar irəli sürüb.

Aut.az xəbər verir ki, ingilis futbolçu yersiz davranış, təhqiramiz və ya alçaldıcı ifadələr işlətməkdə günahkar bilinir.

Bu, Maquayrın İngiltərə Premyer Liqasında “Bornmut”a qarşı son oyunda qırmızı vərəqə almasından sonra baş verib. Futbol Assosiasiyasının ittihamlarına təcrübəli futbolçu 2 aprelə qədər cavab verməlidir.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqa cədvəlində üçüncü pillədədir.

Aut.az