İngiltərə

Qvardioladan “Arsenal” və “Yunayted”ə ironiya

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola London “Arsenal”ı və “Mançester Yunayted”in transfer pəncərələri zamanı xərcləmələri haqda danışıb.

“Onlar illərdir ki, bunu edirlər. Bu, heç kim üçün yeni xəbər deyil. Amma “Mançester Siti”nin pul xərcləməsi tamam başqa məsələdir, aləm qarışır”, – “EuroFoot” sosial şəbəkələrdə Qvardioladan sitat gətirib.

Pep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mütəxəssis 2016-cı ilin yayında İngiltərə komandasına rəhbərlik edib. Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az