Türkiyədə çempionat bərpa olunur
Aut.az xəbər verir ki, 23-cü turda zəlzələ səbəbindən təxirə salınmış oyunlar gələn həftə oynanılacaq. “Giresunspor” – “Kayserispor”, “Fənərbaxça” – “Konyaspor” oyunları fevralın 25-də olacaq. Həmyerlimiz Mahir Emrelinin “Konyaspor”da rəsmi debütünün məhz “Fənər”ə qarşı olması gözlənilir.
“Ümraniyespor” – “Adana Demirspor” görüşü isə bir gün sonra baş tutacaq. Fevralin 26-da eyni zamanda İstanbuldakı terror səbəbindən 16-cı turdan təxirə salınan “Beşiktaş” – “Antalyaspor” qarşılaşması da oynanılacaq.
Növbəti turdan isə matçlar turlara uyğun olaraq əvvəldən nəzərdə tutulduğu qaydada reallaşacaq. Amma bəzi komandalar yarışdan çəkildiyi üçün təqvimə “əl gəzdiriləcək”.
