İngiltərə

Sabiq futbolçusu “Yunayted”i məhkəməyə verdi: Şok səbəb

“Mançester Yunayted”in keçmiş futbolçusu Aksel Tuanzebe klubu tibb işçilərinin qeyri-peşəkar hərəkətlərinə görə məhkəməyə verib.

Aut.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

27 yaşlı futbolçu mankunianları klinik səhlənkarlıqda ittiham edib.

Tuanzebe 2015-ci ildən 2023-cü ilə qədər “Yunayted”lə müqavilə imzalayıb, bu yay “Bernli”yə pulsuz transferdən əvvəl “Aston Villa”, “Napoli” və “Stok Siti”də icarə əsasında çıxış edib.

Konqolu “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, qol vurmayıb.

Tuanzebe komandada olduğu müddətdə müxtəlif zədələr səbəbindən 86 matçı buraxıb.

Aut.az