“Trabzonspor” onun transferini rəsmən açıqladı – FOTO
“Şaxtyor” və “Trabzonspor” Ukrayna millisinin cinah oyunçusu Aleksandr Zubkovun transferini rəsmi saytları vasitəsilə açıqlayıb.
Aut.az xəbər verir ki, transfer və ya müqavilə şərtləri ilə bağlı hələlik heç bir təfərrüat yoxdur.
Bu, son vaxtlar klublar arasında ikinci transferdir. “Trabzonspor” bu yaxınlarda “Şaxtyor”un hücumçusu Danil Sikanı heyətinə qatıb.

Aut.az
