İngiltərəİspaniya

Mbappenin “Real”a gəlişindən danışdı: Çətin olacaq

“Real”ın cinah oyunçusu Vinisius Junior Madrid klubunun yeni transferi Kilian Mbappe barədə danışıb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu superulduz ilə eyni komandada oynaması ilə bağlı fikirlərini bölüşüb:

“Çətin olacaq, amma ümid edirəm ki, biz böyük uğur qazanacağıq. Biz hər şeyi etməliyik ki, o, uyğunlaşa bilsin. Klubu dəyişmək heç vaxt asan deyil, amma biz bunu keçən mövsüm meydana çıxan və özünü sübut edən Cud Bellingem ilə bacardıq . Ümid edirəm ki, bunu Kilianla təkrarlaya biləcəyik”.

Qeyd edək ki, Madrid klubu Mbappenin transferini iyunun 3-də elan edib. Futbolçu klubu imüddəti lə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Aut.az