İngiltərə

İngiltərə nəhəngləri onun üçün yarışacaq

“İpsviç”in ingilis hücumçusu Liam Delap oyunu ilə İngiltərə Premyer Liqasının nəhənglərinin diqqətini çəkir.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

“Mançester Siti”nin keçmiş yetirməsi ilə “Çelsi” və “Mançester Yunayted” xüsusilə maraqlanır. Lakin  “Siti” tərəfindən bu klublarını 21 yaşlı hücumçunu transfer etmək cəhdinin qarşısı alına bilər. “Şəhərlilər” onu geri qaytarmağı düşünür.

Bu mövsüm Liam Delap bütün yarışlarda klub səviyyəsində 12 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az