Bu klub əfsanənin oğlu ilk peşəkar müqaviləni rəsmən açıqladı – FOTO
Rio Ferdinandın oğlu “Brayton”la ilk peşəkar müqaviləsini imzalayıb.
Aut.az xəbər verir ki, Lorens Ferdinandın iyulda 19 yaşı tamam olub. O, 2022-ci ildən “Brayton”un gənclər komandalarında qapıçı kimi çıxış edir.
“Mançester Yunayted” keçmiş müdafiəçisi və həyat yoldaşı Keyt sosial şəbəkədə bu xəbəri paylaşaraq, bütün ailənin bu hadisədən “çox qürur duyduğunu” bildirib.
Lorens Rio Ferdinandın 2014-cü ildə xərçəngdən dünyasını dəyişən Rebekka Ellisonla nikahından doğulan övladlarından ən böyüyüdür.

Aut.az
