İmzaladı: Bir görün mən haradayam – FOTO
“Arsenal”ın hücumçusu Bukayo Saka klubu ilə müqaviləsini uzadıb.
Aut.az xəbər verir ki, bu barədə “Arsenal”ın rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb. Müqavilənin uzunmüddətli olduğu qeyd edilir.
“Mən həqiqətən xoşbəxtəm. Çox müzakirə oldu, amma indi buradayam. Düşünürəm ki, düzgün klubda, növbəti addımı atmaq üçün doğru yerdəyəm. “Arsenal” əla klubdur. Bir görün mən haradayam”, – Saka bildirib.
Son iki mövsümdə Premyer Liqanın bütün oyunlarında meydana çıxan 21 yaşlı forvard 2022/2023 mövsümündə bütün yarışlarda 14 qol vurub, həmçinin 11 məhsuldar ötürmə edib. Ümumilikdə Saka “Arsenal”ın heyətində 178 oyuna çıxıb.

Aut.az
