“Hakimlərdən şikayət edildi: Ulduz futbolçunu qorumaq üçün
“Arsenal” yarımmüdafiəçisi Bukayo Sakaya qarşı tez-tez edilən qayda pozuntularına görə hakimlərdən Premyer Liqa rəhbərliyinə şikayət edib.
Aut.az xəbər verir ki, o, hazırda Premyer Liqada ən çox kobudluqla üzləşən futbolçulardan biridir. Mövsüm ərzində 87 dəfə qayda pozuntusu ilə üzləşən Saka yalnız “Kristal Pelas”ın hücumçusu Cordan Ayu (117) və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayşdan (92) geri qalır.
“Arsenal” hakimlərin futbolçusuna qarşı kobudluq edən oyunçulara xəbərdarlıq etməkdə gecikməsindən narazıdır. “Topçular” onun səhhətindəki problemlərin pisləşməsindən narahatdır. Buna səbəb cinah yarımmüdafiəçisinin ötən mövsüm axilles ilə bağlı problemlər yaşamasıdır. Bu problemin təkrarlanma ehtimalı var.
Cari mövsüm Saka “Arsenal”ın heyətində bütün turnirlərdə 26 oyun keçirib, 9 qol vurub və 12 məhsuldar ötürmə edib.
