İkiqat Olimpiya çempionu karyerasını başa vurdu
Üç təkanla tullanma üzrə ikiqat Olimpiya çempionu, amerikalı Kristian Teylor 34 yaşında karyerasını bitirib.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (World Athletics) saytında məlumat verilib .
Teylorun sonuncu yarışı iyulun 19-da Florida ştatının Qaynesvil şəhərində olub. O, həmin turnirdə beşinci yeri tutub.
Teylorun Olimpiya Oyunlarında (2012, 2016) 2 qızıl medalı var. Eyni zamanda 4 dəfə (2011, 2015, 2017, 2019) dünya çempionu olub.
Onun 18.21 m-lik şəxsi ən yaxşı göstəricisi tarixdə ikincidir. Dünya rekordu (18,29 m, avqust 1995) britaniyalı Conatan Edvardsa məxsusdur.
Aut.az
