FİFA dünya çempionatında iştirakçıların sayını artırdı
FIFA qadınlar arasında dünya çempionatında iştirak edən komandaların sayının artırılması ilə bağlı qərar qəbul edib.
Aut.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yenilənmiş formatda mundialda 48 milli komanda iştirak edəcək. Qrup mərhələsindəki 4 komandalı qrupların sayı 8-dən 12-yə yüksələcək, ümumi oyun sayı isə 64-dən 104-ə çatacaq. Turnirin keçirilmə müddəti də dəyişəcək. Yeni formatda çempionat əvvəlki 32 komandadan ibarət sistemlə müqayisədə bir həftə daha uzun çəkəcək.
Dəyişikliklər 2031-ci ildə keçiriləcək dünya çempionatından etibarən qüvvəyə minəcək. Qadınlar arasında növbəti dünya çempionatı isə 2027-ci ildə Braziliyada baş tutacaq və əvvəlki qaydada, 32 komandanın iştirakı ilə keçiriləcək.
Aut.az
