Onu yalnız “Siti”yə buraxaram – Prezident
“Piza”nın prezidenti zarafatla deyib ki, Filippo İndzaqini yalnız “Mançester Siti”yə buraxar.
Bundan əvvəl klub İndzaqinin rəhbərliyi altında 34 ildən sonra ilk dəfə A Seriyasına yüksəlib.
“Piza” sonuncu dəfə 1990/91 mövsümündə yüksək divizionda çıxış edib. Komanda yüksək liqada 8-ci mövsümünü keçirəcək.
Aut.az xəbər verir ki, klub prezidenti Cüzeppe Korradodan baş məşqçinin növbəti mövsümdə postunda qalıb-qalmayacağı soruşulub.
“Əlbəttə, onun uzunmüddətli müqaviləsi var. Aydındır ki, “Mançester Siti”dən təklif gəlsə, onu buraxacağam, bu ədalətli olar.
O, bizim atmosferin onun məşqçi kimi yaşadığı ən yaxşı atmosferlərdən biri olduğunu olduğunu söylədi”, – Korrado “La Gazzetta di Parma”ya deyib.
Aut.az
