Pirlo bu kluba gəlir?
“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo “Monza”nın baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, jurnalist Canluka Di Marzionun sosial şəbəkələrdə yazdığına görə, “Monza”nın hazırkı baş məşqçisi Raffaele Palladino yaxın vaxtlarda klubu tərk edəcək.
“Monza” rəhbərliyinin potensial namizədlər siyahısına Andrea Pirlo, Alessandro Nesta və Marko Baroni daxildir.
Aut.az
