“Milan” onları cərimələməyəcək: Bu hərəkətlərinə görə – FOTO
“Milan” rəhbərliyi İtaliya çempionatının 3-cü turunun “Latsio”ya qarşı oyununda (2:2) davranışlarına görə müdafiəçi Teo Ernandes və hücumçu Rafael Leao cərimələmək fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan futbolçular 70-ci dəqiqədə meydana daxil olublar. Bunun ardınca dərhal “Milan” qol vurub. Bundan sonra matç su fasiləsinə görə dayandırılıb.
Bu məqamda komandanın baş məşqçisi Paulo Fonseka futbolçulara taktiki göstərişlər versə də, Leao və Teo komanda yoldaşlarına yaxınlaşmayıb və mütəxəssisi dinləməyiblər. Qarşı cinahda qalıb oyunun yenidən başlamasını gözləyiblər.
Matçdan sonra Teo bildirib ki, davranışı nə məşqçiyə, nə də komandaya qarşı yönəlməyib. Onlar təzəcə meydana yeni girdikləri üçün suya ehtiyaclarının olmadıqlarını bildiriblər.
Aut.az

