“Napoli” onu “Yunayted”ə ucuz satmağa razıdır: Amma elə bir şərti var ki…
“Napoli” Viktor Osimheni “Mançester Yunayted”ə satmağa hazırdır.
Aut.az xəbər verir ki, amma İtaliya klubunun şərti odur ki, “qırmızı şeytanlar” cinah yarımmüdafiəçisi Alexandro Qarnaçonu versinlər.
Bu barədə “Spazio Napoli” məlumat yayıb.
Mənbənin sözlərinə görə, mankunianlılar razılaşarsa, “Napoli” Osimheni “Mançester Yunayted”ə 75 milyon avrodan aşağı qiymətə satmağa hazırdır.
Daha əvvəl mətbuatda İtaliya klubunun Qarnaçoya görə “qırmızı şeytanlar”a 60 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.
Bu mövsüm Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Aut.az
