“Çelsi” “Real”lının transferindən vaz keçdi: Alternativ tapıb
“Çelsi” “Real”ın qapıçısı Andrey Lunini transfer etmək fikrindən daşınıb.
Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, London klubu ukraynalı qapıçıya alternativ tapıb. “Çelsi” “Vilyarreal”ın qapıçısı Filip Yorgenseni transfer etməyə yaxındır.
Lunin 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 48 qarşılaşmada iştirak edib, 16-da qapısını toxunulmaz saxlayıb.
Futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
