Premyer Liqanın iki klubu həbsdə olan əfsanənin oğlunu hədəfə aldı
Premyer Liqanın iki böyük klubu sabiq braziliyalı ulduz Robinyonun oğlu ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, bu klublar “Liverpul” və “Çelsi”dir. Hazırda hər iki klubun skautları Braziliyadadır və orada Robinyo Junioru izləyirlər.
O, atasının doğma klubu “Santos”da sol cinah müdafiəçisi kimi oynayır. 17 yaşlı futbolçu bu mövsüm Braziliya A Seriyasında “Santos”un əsas komandasının heyətində 3 oyun keçirib və ümumilikdə 52 dəqiqə meydanda olub.
O, həmçinin bütün yarışlarda 11 oyun keçirib və Santos U-20 gənclər komandasının heyətində 4 qol vurub. Robinyo Juniorun Santos ilə müqaviləsi 30 aprel 2027-ci ilə qədərdir və transfer dəyəri 1 milyon avrodur.
Xatırladaq ki, Robinyo hazırda həbsdədir, o, zorlamada təqsirli bilinib.
Aut.az
