Dünya futbolu

Lunyev Moskvadakı qiymətlərdən şikayətləndi

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyev Moskvadakı  qiymətlərdən danışıb.

 Aut.az xəbər verir ki, hazırda Moskva “Dinamo”sunda çıxış edən qapıçı Rusiya paytaxtındakı qiymətlərdən narazılıq edib.

“Moskvada qiymətlərin dəyişdiyini müşahidə etdim. İndi bir mənzil kirayələmək üçün ağlasığmaz miqdarda pul ödəməlisən. Bütün daşınmaz əmlakların qiymətləri artıb. Məhsullara gəlincə, bilmirəm, mən bazada yaşayıram və hələ mağazaya getməmişəm”, – Lunyev “Sport24”-ün müxbiri Boris Korolevlə söhbətində deyib.

Bu mövsüm Andrey Lunyev RPL-də iki matçda iştirak edib və iki qol buraxıb.

Aut.az