İspaniya

“Real” liderləri ilə yeni müqavilə imzalayacaq

“Real” rəhbərliyi iki komanda liderinin müqaviləsini uzatmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bunlar Daniel Karvaxal və Ferland Mendidir. Hər iki futbolçu ilə tezliklə müddəti 2026-cı ilə qədər olan yeni sözləşmə imzalanacaq. Bu barədə AS nəşri məlumat yayıb.

“Real”ın yetirməsi olan Karvaxal Ötən mövsüm bütün yarışlarda 41 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mendi 2019-cu ilin yayından İspaniya nəhəngində çıxış edir. Bu müddət ərzində o, 170 matçda iştirak edib, 6 qol vurub, 10 məhsuldar ötürmə edib.

Aut.az