Əfsanə üsyan etdi: Braziliya yığmasının oyunlarına baxmayacaq
Fransanın PSJ, İspaniyanın “Barselona” və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo millinin Amerika Kubokunda oyunlarını izləmək fikrində olmadığını bildirib.
“Heç bir matça baxmaq fikrində deyiləm. Onun enerjisi, sevinci yoxdur və zəif oynayır. Ona görə də heç bir matça baxmayacağam. Braziliyanın oyunlarına baxmaqdan imtina edirəm.
İşlər yaxşı getmir. Kifayət qədər güc, fədakarlıq yoxdur – hər şey kifayət deyil”, – Ronaldinyo Cartoloucos YouTube kanalında deyib.
Xatırladaq ki, braziliyalılar qrup mərhələsində Kosta-Rika (25 iyun), Paraqvay (29 iyun) və Kolumbiya (3 iyul) ilə qarşılaşacaq.
Aut.az
