Çempionlar Liqası

“Uembli”də qarşıdurma: “Real” və UEFA nümayəndələri əlbəyaxa oldular

Çempionlar Liqasının finalı başa çatdıqdan sonra “Real”, “Uembli” və UEFA-nın təhlükəsizlik rəsmiləri arasında qarşıdurma yaranıb.

Aut.az xəbər verir ki,  “Marca”nın məlumatına görə, UEFA və “Uembli” nümayəndələrinin “Real”ın futbolçularının ailə üzvlərini, həmçinin Madrid klubunun təhlükəsizlik işçilərini meydana buraxmaması səbəbindən onlar arasında fikir ayrılığı yaranıb.

Münaqişə zamanı üç tərəfin nümayəndələri bir-birini itələyərək emosional şəkildə danışıblar. Lakin bir müddət sonra “Real Madrid”in əməkdaşları vəziyyətdən çıxış yolunu tribunaların altında yerləşən tunel vasitəsilə futbolçuların ailə üzvlərini meydana çıxarmaqla tapıblar.

Aut.az