Çempionlar Liqası

Ançelotti ÇL-in tarixinə düşdü: Bunu bacaran ilk məşqçidir

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının tarixə düşüb.

Aut.az xəbər verir ki, bu, Madrid klubunun “Mançester Siti” (3:3) ilə turnirin 1/4 final mərhələsinin ilk görüşündə baş verib. İtalyan mütəxəssis üçün Madriddəki oyun 200-cü olub. O, bu göstəriciyə çatan ilk məşqçi olub.

İkinci sırada Çempionlar Liqasında 190 oyun keçirən “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson qərarlaşıb. “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger isə ÇL-də 178 oyunun iştirakçısı olub.

Qeyd edək ki, fəal məşqçilər arasında Ançelottidən geri qalan “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladır – 168 matç. “Porto”, “Çelsi” və “İnter” kimi klublarda çalışmış Joze Mourinyonun aktivində 145 matç var.

Xatırladaq ki, Ançelotti 2 dəfə “Milan”la, eyni sayda “Real”la Çempionlar Liqasının qalibi olub.

Aut.az