ÇL-in tarixində belə hücumçu olmayıb: Rekorda bir baxın
“Mançester Siti”nin 25 yaşlı hücumçusu Erlinq Haaland Çempionlar Liqasının ən yaxşı 100 bombardiri arasında oynadığı matçlardan daha çox qol vuran yeganə oyunçudur.
Aut.az xəbər verir ki, norveçli forvard yarışda 52 oyun keçirib, 54 qol vurub.
Haaland hazırda Çempionlar Liqasının bütün zamanlarının bombardiri siyahısında 9-cu yerdədir. “Mançester Yunayted”in və “Real”ın sabiq hücumçusu Rud van Nistelroy 73 matçda 56 qol vuraraq səkkizincidir.
Hazırkı yarışda norveçli dörd oyunda beş qol vurub.
Aut.az
